Bölgə xəbərləri

Şəmkirdə qadını döyən şəxs tutulub

18 fevral / 13:14 1 dəq
9ea42f56 6dd6 3127 89a0 07bd0bac9d44
18 fevral / 13:14
Burada sizin reklamınız ola bilər

Ötən il Şəmkir rayonunda qadını döyən şəxs saxlanılıb.

Bu barədə Reporta Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il dekabrın 4-də Kür qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Sadıqovanı döyərək 150 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abbasov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər