Bu gün Qerbxeber.com portalının bazasında yaradılmış Radio Qərb internet radiosunun 2 yaşı tamam olur. 2021-ci ilin 1 fevral tarixində efirə çıxan online radio,Azərbaycan rayonlarında fəaliyyət göstərən ilk belə radiodur.
Öz iki illik fəaliyyəti ilə, Qərb bölgəsinin və ölkənin əsas gündəm mövzularının müzakirəsini təşkil edən bu media qurumu, indiyə qədər onlarla proqramlara müəllif edib.Eyni zamanda, paytaxtdan 450 km uzaqlıqda yerləşən regiondan -Qazaxdan, dinləyicilərinə səslənən Radio Qərb, məhz bölgə insanlarını, yerli ekspert və mütəxəsisləri efirinə dəvət edərək, onların fikir və təkliflərini ictimailəşdirib.
“Təşəbbüs inkişafın təməlidir” sloqanı ilə fəaliyyət göstərən qurum, ötən iki ildə məhz vətəndaş təşəbbüslərinə stimul verməyə çalışıb.
Ölkənin qərbindən-dinləyicinin qəlbinə yol tapmağa çalışan bu region radiosu, bütün çətinliklərə baxmayaraq, bu gün də fəaliyyətdədir. Uğurlar Radio Qərb, hər zaman Səsiniz gəlsin!