Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəmkirdə nasos stansiyaları təmir olunub

5 yanvar / 15:30 2 dəq
16729035504611730036 1200x630 (1)
5 yanvar / 15:30
Burada sizin reklamınız ola bilər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin bir çox rayonlarında meliorativ tədbirlərini davam etdirir. İdarənin gördüyü işlərdən biri də Şəmkir rayonunda həyata keçirilir. Belə ki, Şəmkirçay Su Anbarı və Magistral Kanallarının İstismarı İdarəsinin balansında olan Şəmkir Maşın kanal və Ceyrançöl – birinci və ikinci pillə nasos stansiyalarında hər il olduğu kimi, ötən il də təmir-bərpa işləri aparılıb.

“Qərb Xəbər”in məlumatına görə Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Aqil Cəfərov bildirib ki, hər iki nasos stansiyasında nasos aqreqatı və elektrik mühərrikləri, elektrik avadanlıqları təmir olunub və sazlanıb. Nasos stansiyalarında aparılan təmir işləri nəticəsində ətraf rayonlarda əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması yaxşılaşıb.

Qeyd edək ki, ikinci pillə nasos stansiyası Şəmkir kanalı vasitəsi ilə saniyədə 6,3 kub metr su vurmaq qabiliyyətinə malikdir. Bununla da Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarının bir hissəsinin əkin sahələri asanlıqla və dayanıqlı suvarma suyu ilə təmin olunur.

AZƏRTAC

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı