Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ generalları hərbi təlimlərdə iştirak etmək üçün Ermənistana gəlib

15 sentyabr / 13:59 2 dəq
16947713415892525339 1200x630
15 sentyabr / 13:59
Burada sizin reklamınız ola bilər

ABŞ ordusunun 10-cu dağ diviziyasının komandanı general-mayor Qreqori Anderson və Birləşmiş Ştatların Avropa və Afrikadakı quru qoşunları qərargahnın rəisi müavini general Patrik Elis müştərək “Eagle Partner 2023” təlimlərində iştirak etmək üçün Ermənistana gəlib.

“Qərb Xəbər” Ermənistan mediasına istinadla xəbər verir ki, generallar ABŞ səfiri ilə birgə “Zar” təlim mərkəzində hərbi təlimləri izləyib. General Qreqori Andersonun sözlərinə görə, Birləşmiş Ştatlar əsasən kütləvi qırğın silahlarının yayılmaması və sülhməramlı fəaliyyət istiqamətində Ermənistan silahlı qüvvələrinə mütəmadi dəstək göstərir.

Sentyabrın 11-dən 20-dək Ermənistanda keçirilən “Eagle Partner 2023” təlimlərində 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İyirmilər qrupu”nun Dehli şəhərində keçirilən sammitinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Moskvanın Ermənistan rəhbərliyinin Birləşmiş Ştatlarla hərbi təlimlər keçirmək qərarından təəssüfləndiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov isə “Eagle Partner 2023” təlimlərinin regionda sabitliyə töhfə vermədiyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı