Hadisə

Şəmkirdə iki minik maşın toqquşub

23 may / 14:50 1 dəq
Indir 2025 05 23t144942.515
23 may / 14:50
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gədəbəy-Şəmkir yolunda, rayonun Çənlibel kəndində qeydə alınıb. “Niva” və “VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər – 1994-cü il təvəllüdlü E.Musayev və 1959-cı il təvəllüdlü E.Huseynov xəsarət alıb.

TƏBİB-dən Qerbxeber.com-a bildirilib ki, mayın 23-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Bədənin müxtəlif nahiyələrinin əzilmiş-çapılmış yaraları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi yardım göstərilib.Vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı