Bölgə xəbərləri

Şəmkirdə gözdən əlil qadın ehtiyatsızlıqdan yanaraq ölüb

2 fevral / 10:48 1 dəq
1660290027 880olum
2 fevral / 10:48
Burada sizin reklamınız ola bilər

Şəmkirdə bədbəxt hadisə baş verib.

“Qərb Xəbər” bildirir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini 72 yaşlı Gültəkin Məmmədova yaşadığı evdə sobanın üzərinə yıxılıb. Nəticədə o, yanaraq ölüb. Hadisə vaxtı yaşlı qadın evdə tək olub. Onun gözdən əlil olduğu və ruhi xəstə olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər