Hadisə

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

12 iyul / 09:33 1 dəq
Fhn car
12 iyul / 09:33
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.

“Qərb Xəbər”in məlumatına görə, hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər