Dünya

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik

13 fevral / 09:11 1 dəq
556bd2e9 62e4 38ea b0fd 309c4e7a7dcb
13 fevral / 09:11
Burada sizin reklamınız ola bilər

ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik”, – Miller bildirib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyə ümidvardır.

Rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər