Şəmkirdə avto qəza-1 nəfər öldü, yaralı var
Şəmkir rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qerbxeber.com hadisənin bəzi təfərrüatlarını təqdim edir:
Teleqraf.az-ın verdiyi xəbərə görə, rayon mərkəzindən Könüllü kəndi istiqamətində gedən yolda qeydə alınan qəzada toqquşan avtomobillərdən biri Türkiyə vətəndaşına məxsusdur.
Qəza “VAZ-2106” və “Nissan X Trail” markalı avtomobillərin iştirakı ilə baş verib.
Nəticədə “VAZ-2106″da olan Könüllü kənd sakinləri – 1990-cı il təvəllüdlü Əli İsmayılov və 2001- ci il təvəllüdlü Qələndər İsayev xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibbi yardıma baxmayaraq Ə.İsmayılov aldığı xəsarətlərdən vəfat edib. Q.İsayevə isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
001-D-027 nömrə nişanlı “Nissan X Trail” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yusuf Eltac hər hansı xəsarət almayıb. O, Türkiyə vətəndaşıdır.
Faktla bağlı araşdırma aparılır.




