Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Şəhid əsgər son mənzilə yola salınıb

25 aprel / 17:35 2 dəq
© Sputnik / Ilham Mustafa
25 aprel / 17:35
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Fərrux Məmmədovun dəfn mərasimi keçirilib. Şəhid əsgər Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vətən uğrunda canından keçən 27 yaşlı Daşkəsən sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun dəfnində izdiham müşahidə edilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin rəsmləri, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, əsgərin hərbi xidmət yoldaşları, eləcə də ictimaiyyət nüməyəndələri iştirak ediblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu diqqətə çatdırıblar. Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə olunub.

Əsgər Fərrux Məmmədovun nəşi hərbi orkestrin müşayiəti ilə son mənzilə yola salınıb. Daşkəsən rayonunun mərkəzi prospektində üçrəngli Vətən bayrağını dalğalandıran yüzlərlə sakin şəhidin ruhuna ehtiramlarını nümayiş etdiriblər. Qar uçqununa düşərək həlak olan hərbi qulluqçu Gəncədəki Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Tabutuna bürünmüş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib. Qeyd edək ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq Hafiz Abdullayevin, bir müddət sonra isə Fərrux Məmmədovun nəşi tapılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı