Dünən Vətən müharibəsində şəhid olan Amil Bədrəddin oğlu Rüstəmovun qız övladı şəhidin evinə gətirilib.
“Qərb Xəbər”in məlumatına görə, martın 23-ü anadan olan körpə səhhəti ilə bağlı xəstəxanada həkim nəzarəti altında idi.
Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Şöhrət adı verilib. Körpəni qarşılamağa rayon sakinləri, Tovuz rayonunda fəaliyyət göstərən Turan İctimai Birliyinin fəalları, şəhid anaları gəlib.
Fəallar şəhidin evinin önündə üçrəngli bayrağımızı açıb, şüarlar səsləndiriblər.