Kateqoriyasız

5 günlük bayram tətili başlayıb

31 dekabr / 01:21 1 dəq
Ed4c7b1f 6c76 3f94 8801 1f21ebd7d0a3
31 dekabr / 01:21
Burada sizin reklamınız ola bilər

Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayıb.

“Qərb Xəbər” saytının məlumatına görə, bu gün – dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Eyni zamanda yanvarın 3-ü bazar günüdür.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün – 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Paylaş
Burada sizin reklamınız ola bilər