Dünya

Rutte vəd verdi: Müharibədən sonra Ukrayna üçün…

22 avqust / 21:57 1 dəq
Zelenski rutte
22 avqust / 21:57
Burada sizin reklamınız ola bilər

“Kiyevə təhlükəsizlik təminatlarının verilməsi Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə xidmət edəcək”.

Qerbxeber.com Globalinfo.az-a istinadla  xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

O bildirib ki, ABŞ və NATO-nun Ukraynanın təhlükəsizlik təminatlarında iştirak edəcək.

“Bunun bir hissəsi kimi Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə çalışacağıq. Güclü təhlükəsizlik zəmanətləri mühüm əhəmiyyət kəsb edir. ABŞ və NATO bunun təmin olunmasında iştirak edəcək. Münaqişədən sonra isə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi birinci yerdə olacaq. Hələlik təhlükəsizlik təminatları mövzusu ilk sıradadır”, – Rutte vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinin mümkünsüzlüyü haqda bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər