Dünya

Rusiyadan yeni cəhd

8 iyul / 12:53 1 dəq
Ukrayna rusya getty
8 iyul / 12:53
Burada sizin reklamınız ola bilər

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

“Qərb xəbər” bildirir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər