Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiya XİN Moskva görüşünün detallarını açıqlayıb: “Azərbaycan və Ermənistana güzəştə getməyi təklif etdik”

4 avqust / 12:18 2 dəq
Rusya xin
4 avqust / 12:18
Burada sizin reklamınız ola bilər

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə tərəflərə güzəştə getməyi təklif etdik”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

Hazırkı mərhələdə tərəflərin bu təklifləri nəzərdən keçirdiklərini söyləyən D.Qonçar fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirib.

O, düşmənlərinin nə deməsindən asılı olmayaraq, regionda davamlı sülh və sabitliyin təmin olunmasında Rusiyanın maraqlı olduğunu vurğulayıb.

D.Qonçar qeyd edib ki, Rusiya bütün istiqamətlər üzrə Qarabağ məsələsinin həllində fəal iştirak edir.

Departament direktorunun sözlərinə görə, Rusiya Cənubi Qafqazda problemlərin həllindən kənarda qala bilməz: “Kimsənin buna şübhəsi olmamalıdır. Rusiya bütün istiqamətlər, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında dialoqun inkişaf etdirilməsi məsələlərində vasitəçilik səylərini davam etdirir”.

XİN nümayəndəsi bildirib ki, proses istənilən sürətlə davam etmir: “Lakin bu, başadüşüləndir. Çünki uzun illər ərzində yığılmış ziddiyətlər var. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ətraflı müzakirə olunur. Regionda nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları iyulun 25-də Moskvada bir araya gəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı