Rusiya təyyarəsi partladı-74 nəfər öldü
Flying aircraft with exploding aero engine just before air crash. 3D illustration.
Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.
Qerbxeber.com bildirir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.




