Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Tromblara,qəfil ölümlərə qarşı təbii çözüm-Alman həkim açıqladı

18 sentyabr / 16:42 3 dəq
Sarıkok zencefil
18 sentyabr / 16:42
Burada sizin reklamınız ola bilər
Qəfil ölümlərin əsas səbəblərindən biri tromboz, tromb qopmasıdır.
Qerbxeber.com“Medicina” -ya istinadən xəbər verir ki, alman həkim nevroloq, professor Klaus Rixter 35 illk təcrübəsinə əsaslanaraq, qəfil tromb səbəbindən insanların niyə öldüyünü və bundan necə qorunmağın yollarını açıqlayıb.
Tromb damarlarda illərlə formalaşır, heç bir siqnal, əlamət vermir. Sonra birdən ani olaraq qopur, ürəyə, beyinə gedir və insulta səbəb olur.
Bu faciənin qarşısını almaq üçün nə etmək olar?
“Çoxunuz bilirsiz ki, müalicə və profilaktika üçün həkimlər çox zaman qandurulducular təyin edir. Bunlar çox ciddi preparatlardır və mən ondan imtina etməyə çağırmıram. Əgər həkim aspirin yazıbsa, bunu ciddi qəbul etmək lazımdır.
Amma mən sizə təbiətin çoxdan yaratdığı və aspirindən geri qalmayan daha təhlükəsiz təbii analoqlarından danışmaq istəyirəm.
Damarları daxildən çox yumşaq təmizləyən, qanı duru, axıcı edən qidalar mətbəxinizdədir.
Sadəcə bu ucuz, təbii effektiv möcüzələr reseptlərə yazılmır. Mən sizə trombu həll edən, 3 effektiv təbii vasitəni açıqlayacam, hansı ki, onların effektivliyi elmi araşdırmalarda sübut olunub.
1. Bir nömrəli təbii vasitə – sarımsaqdır. Məyus olmayın bəli, məhz o, qanı daha axıcı və duru edə bilir. Ona görə cərrahlar xəstələrə əməliyyata 1 həftə qalanda sarımsaq yeməyi qadağan edir ki, qan çox duru olmasın.
Sarımsağı mütləq əzib əlavə etmək lazımdır. Bu zaman əsas maddə alisin aktivləşir. O, trombositlərə birbaşa təsir edir, onların çoxalmasının və bir-birinə yapışmasının qarşısını alır.
Allisin çox kaprizli maddədir, sarımsaq bişiriləndə və əziləndən 1 saat sonra itir. Ona görə sarımsağı əzib, kəsib 10 dəqiqə saxlayıb, bundan sonra istifadə edin. Sarımsağı qatığa qatıb yemək olar. Əgər mədədə xora varsa, ehtiyatlı olun.
2. Zəncəfil – onun əsas gücü qan dövranını aktivləşdirmək, bədəni “qızdırmaqdır”. Tromb damar içində o yerdə yaranır ki, orda iltihab var. Zəncəfil bu hissələri hamarlayır, iltihabi sitogenlərə qarşı mübarizə aparır. Zəncəfildə olan qinqirol steroid dərmanlar kimi təsir edir.
Ən sadə yolu təzə zəncəfildən dəmlənmiş çay içməkdir. Bal və ya şəkər qatmaq olmaz.
3. Sarıkök – sarı qızıl, loğmanların sevimli ədviyyatı. Ona sarı rəng və spesifik qoxu verən maddə kurkumin alim və həkimlərin qəbul etdiyi, güvəndiyi maddədir.
Bütün damarlara, qana iltihab əleyhinə təsir edir, qanın əsas hüceyrələrini aktivləşdirir.
Sarıkökü çox az miqdarda suya qatıb həll edib içmək olar. Eləcə də təbii sarıkökü salat və yeməklərə qatın.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı