“Qərb Xəbər” məlumat verir ki, Millət vəkili S.Seyidov ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ilə tanış olub.
O, gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu bildirib. Millət vəkili bu gün tarixi bina olan Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının hər bir qazaxlı, ziyalı tərəfindən razılıqla qarşılandığını qeyd edərək bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu vurğulayıb.