Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyaları növbəti həftə (26-30 dekabr tarixləri) daha 4 rayonda vətəndaşlarla keçiriləcək.
“Qərb Xəbər”in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Tovuz rayonunda (Tovuz Şəhər Parkı), 4-cü günü saat 12:00-dan 13:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 12:00-dan 13:00-dək isə Qazax rayonunda (Dədə Qorqud Parkı, Mərkəzi Xəstəxananın yanı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.