Rusiyanın Ukraynanın Poltava şəhərinə dron zərbələri nəticəsində 28 nəfər xəsarət alıb.
Qerbxeber.com “Unian“a istinadən xəbər verir ki, bu barədə Poltava Şəhər Şurasının katibi Katerina Yamşikova bildirib.
Onun sözlərinə görə, yaralılardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.