“Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərində gərginliyin artması fonunda, rusların ‘Gürcü Arzusu’na Bakı və/və ya İrəvanla ikitərəfli münasibətləri korlamaq tapşırığını verməsi mənim üçün heç də təəccüblü olmaz”.
Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bu fikirləri sosial şəbəkədə ekspert-analitik Zurab Batiaşvili yazıb.
O, son günlər Rusiya ilə Azərbaycan arasında artan gərginliyə toxunaraq deyib ki, əgər “Gürcü Arzusu” bu prosesdə Rusiyanın göstərişini nəzərə alarsa, bu, onun sonunun başlanğıcı ola bilər.
“Məsələn, rusların göstərişi ilə ‘Gürcü Arzusu’ Bakıya və/və ya/ İrəvana Qara dənizə, Türkiyəyə, ümumiyyətlə Qərbə çıxış imkanını bağlaya və ya çətinləşdirə, yaxud da müxtəlif iddialarla çıxış edə bilərlər. Məsələn, rusların əvvəllər ortaya atdığı ‘Qareci Gürcüstandır!’ məsələsini yenidən gündəmə gətirə bilərlər və s.
Aydındır ki, Bakı ilə bunu etmək onlara daha çətin olacaq, lakin ‘Gürcü Arzusu’nun indiyə qədər törətdiyi çılğınlıqları nəzərə alsaq, onların belə bir tapşırığın icrasına girişməsi də təəccüblü olmaz. Axı Rusiya qulluğu onların əmrlərinin qeyd-şərtsiz yerinə yetirilməsini də ehtiva edir.