Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Politoloq: “ Komitə vergi xidməti ilə birləşməlidir”

18 iyul / 14:40 3 dəq
14c93e2e 1275 47fb af89 fb4c78b4aa39
18 iyul / 14:40
Burada sizin reklamınız ola bilər

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. 10 iyun 2022-ci il tarixində başlayan əməliyyat-istintaq tədbirləri nəticəsində, 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihami irəli sürülüb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri başlayıb.

23 aprel 2018-ci ildən DGK-nın sədri vəzifəsini icra edən Səfər Mehdiyev vəzifəsindən azad edilib. Bununla bağlı, prezident sərəncam imzalayıb. DGK-nın sədr vəzifəsini kimin icra edəcəyi ilə bağlı rəsmi tərəfdən heç bir məlumat verilməyib. Lakin sosial mediada yayılan məlumata görə, yeni sədr Mətin Eynullayev olacaq.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Nazim Bəydəmirlinin sözlərinə görə, gömrük xidməti vətəndaşlara xidmət göstərməlidir: ”Uzun illərdir Azərbaycanın ictimai fikrində regionçuluq, yerli bazlıq, qohum bazlıq bir ənənə kimi formalaşıb. Bu ənənə gömrük xidmətinə də təsir edir. Hətta ictimai fikirdə Nehrəm Gömrük Komitəsi kimi də adlandırılır. Çox təəssüf edirəm ki, dövlət orqanının belə bir imici formalaşıb”.

ce7a1498-2a88-45db-96d1-7424dac5436a
Politoloq Gürcüstandan tutmuş ABŞ-a kimi gömrük xidmətləri maliyyə nazirliyinin tərkibində olduğunü qeyd edib: “Bildiyimiz kimi, vergi və gömrük xidmətləri vahid mərkəzdən idarə olunur. Təəssüf edirəm ki, illərdir gömrük orqanları sahibkarların gətirdikləri mallara əlavə bəyənnamə qiyməti tətbiq edərək, suni qiymət artımı yaradırlar. Bu da pandemiya dövründə bir daha sübut olundu. Gömrük orqanlarının xətti ilə toplanan vəsaitlərin 78 %-i vergilərdən ibarətdir. Əlavə dəyər vergisi idxaldan, yol vergisi, məhsul vergiləri və s. Adından məlum olduğu kimi bunlar vergidi. Məntiqlə bunlar vergi xidmətinə bağlı olmalıdır. Bir variant olaraq deyim ki, vergi xidməti ilə birgə İqtisadiyyat Nazirliyinin tərkibində ola bilərlər. Ancaq arzu olunandır ki, maliyyənin həm yığılması, həm xərclənməsi bir vahid mərkəzdən olsun”.

Vüqar Mehtizadə
Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı