Rusiyanın builki “Eurovision” mahnı müsabiqəsində iştirakı dayandırılıb.
“Qərbxeber” bildirir ki, bu barədə müsabiqənin təşkilat komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın bu yarışmada iştirakı müsabiqəni nüfuzdan sala bilər.
Qeyd edək ki, 66-cı Eurovision mahnı müsabiqəsi İtaliyanın Torino şəhərində keçiriləcək.