Rusiya Bəşər Əsədin olduğu İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı dezinformasiyanı onu və onunla əlaqəli məhdud dairəni xilas etmək əməliyyatını uğurla başa vurmaq üçün istifadə edib.
Bu barədə Axar.az Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına istinadən xəbər yayib.
Qeyd olunur ki, Suriyadakı Rusiya kontingenti ilə bağlı vəziyyət ağırdır, çünki rus qrupunun qalıqları dəniz və səma nəqliyyatı vasitələrilə qaçmağa davam edir:
“İlk qaçanlar Rusiya ordusunun “böyükləri” oldu. Xüsusilə, general Sergey Kiselin ardınca Suriyadakı Rusiya qoşunları qrupunun yeni təyin olunmuş komandanı general Aleksandr Çayko Yaxın Şərq ölkəsinin ərazisini tərk edib. O, bir həftə komandanlıq edib. Silahlarının, texnikasının və şəxsi heyətinin qalıqlarını çıxarmaq üçün ruslar əlavə gəmiləri, xüsusən də Baltik donanmasını cəlb edir”.
Qeyd edək ki, Bəşər Əsədin olduğu İl-76 yük təyyarəsinin radarlardan itməsi səbəbindən qəzaya uğradığı və Əsədin öldüyü ehtimalı yayılmışdı.
Daha sonra onun ailə üzvləri ilə birgə Moskvaya sığındığı açıqlandı.