Ağstafa

Rəşad Nəbiyev Şəmkirdə vətəndaşları qəbul edəcək

7 mart / 11:35 1 dəq
9b389cd5 f0d9 393c b121 b6808a7e1d16
7 mart / 11:35
Burada sizin reklamınız ola bilər

Martın 14-də, saat 09:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhərinin sakinlərini qəbul edəcək.

Qerbxeber.com nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula martın 13-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər