Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qırğızıstanda dövlət çevrilişinə cəhd olunub

6 iyun / 14:02 2 dəq
Download 1
6 iyun / 14:02
Burada sizin reklamınız ola bilər

Qırğızıstanın xüsusi xidmət orqanları hakimiyyəti zorla ələ keçirmək məqsədilə kütləvi iğtişaşların təşkilini planlaşdıran 30-dan çox şəxsi saxlayıb.

“Qərb Xəbər” “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə bağlı açılan cinayət işi çərçivəsində məhkəmənin sanksiyası ilə xüsusi istintaq tədbirləri həyata keçirilib.

“Məlum olub ki, cinayətkar qruplaşma il ərzində bütün ölkə ərazisində narazı vətəndaşları öz sıralarına cəlb etmək üçün məqsədyönlü işlər aparıb. Qruplaşmanın əsas təşkilatçısı və ideoloqu mülki fəal və “Eldik Keneş” (“Xalq şurası”) partiyasının sədri olub”, – deyə mətbuat xidmətindən bildirilib.

Məlumata görə, cinayətkar qruplaşmaya cəmiyyətin müxtəlif təbəqələrindən və ölkənin müxtəlif regionlarından 100-dən çox şəxs cəlb olunub, onların arasında dəqiq vəzifə bölgüsü aparılıb.

Təşkilati məsələlərin həlli və əsas funksionerlərin mükafatlandırılması üçün xarici mənbələrdən yaxın zamanlarda külli-miqdarda vəsait köçürüləcəyi gözlənilirdi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı