Hadisə

Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb – FOTO – VİDEO

16 aprel / 10:18 1 dəq
67ff2ca672e4267ff2ca672e43174477635867ff2ca672e4067ff2ca672e41
16 aprel / 10:18
Burada sizin reklamınız ola bilər

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər