Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İran quru sərhədlərini bağlayır

16 fevral / 21:16 2 dəq
Iran serhredci
16 fevral / 21:16
Burada sizin reklamınız ola bilər

İran İslam Respublikası quru sərhədlərini bağlamağı planlaşdırır.

Qerbxeber.com Toplum TV -yə istinadən xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri deyib.

Heydəri açıqlamasında bildirib ki, İranın qonşularıyla problemləri yoxdur, İslam Respublikası heç vaxt qonşu ölkələrin ərazilərini təhdid etmək, pozmaq, işğal etmək və ya ələ keçirmək niyyətində olmayıb.

Generalın sözlərinə görə, bu addımı ölkənin təhlükəsizliyini təmin etmək məqsədiylə edirlər:

“Sərhədlərin təhlükəsizliyi Silahlı Qüvvələrin çiyninə düşən missiyadır. Təhlükəsizlik bəzən pilotsuz təyyarələr və ya kameralardan istifadə etməklə, bəzən də sərhədləri bağlamaqla əldə edilir. Sərhədlərimizdə nə etməli olduğumuzu heç kim bizə diktə edə bilməz.

Biz sərhədlərimizi bağlamaq istəyirik və bu plan davam edir. Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil, çünki bu, hər bir ölkənin suveren hüququdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasında da quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. Hökumət quru sərhədlərin koronavirusla mübarizə tədbirləri çərçivəsində bağlı saxlanıldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı ötən il mayın 5-də COVID-19-un pandemiya statusunun başa çatdığını elan edib. Bununla belə, Azərbaycan hökuməti infeksiya ilə əlaqədar xüsusi karantin rejimini saxlamaqda davam edir.  

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı