Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Qazaxıstan və Türkiyə əməkdaşlığ edəcəklər

29 iyul / 20:37 2 dəq
40689902 96ee 3f29 9296 82fb654f78b6 850
29 iyul / 20:37
Burada sizin reklamınız ola bilər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri zamanı birgə investisiya layihələri ilə bağlı bir sıra kommersiya sazişləri imzalanıb.

Qerbxeber.com Reporta ıstinadən xəbər verir ki, bu barədə “Kazakh İnvest”in mətbuat xidməti məlumat yayıb.

“İmzalanmış layihələrin ümumi investisiya həcmi 490 milyon ABŞ dollarından çoxdur. Bu təşəbbüslər kənd təsərrüfatını, əczaçılıq istehsalını və logistikanı əhatə edir ki, bu da Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığının müxtəlifliyini və dərinliyini vurğulayır”, – məlumatda deyilir.

O cümlədən taxıl və paxlalı bitkilərin dərin emalı üzrə inteqrasiya olunmuş aqrar-sənaye kompleksinin tikintisi layihəsi üzrə investisiya sazişi imzalanıb. Layihə gücü müvafiq olaraq 250 min və 80 min ton olan buğda və noxud emalı üzrə müasir zavodun tikintisini nəzərdə tutur. İnvestisiya həcmi 320 milyon ABŞ dolları təşkil edəcək.

Qazaxıstanın Şımkənd, Astana və Almatı şəhərlərində üç logistika mərkəzinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Təxmini investisiya həcmi 75 milyon ABŞ dolları təşkil edir.

“Kazpost” Səhmdar Cəmiyyəti ilə Türkiyənin “S Sistem Yatırım Lojistik” şirkəti arasında birgə müəssisənin yaradılması haqqında saziş də imzalanıb. Layihə Aktobe şəhərində hava limanının ərazisində çoxfunksiyalı logistika mərkəzinin tikintisini nəzərdə tutur. İnvestisiya həcmi 25 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

“Orzax Group” şirkətinin Türküstan vilayətində bioloji aktiv əlavələrin istehsalı zavodunun tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsinə dair saziş də imzalanıb. Layihə gücü ildə 464 milyon ədəddən çox məhsul istehsal edən, təxmini 70 milyon ABŞ dolları investisiya həcminə malik müəssisənin tikintisini nəzərdə tutur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı