Dünya

Qazaxıstan Rusiya və Çini yeni nəqliyyat marşrutu ilə birləşdirəcək

12 dekabr / 14:58 1 dəq
657839f45886c657839f45886d1702377972657839f45886a657839f45886b
12 dekabr / 14:58
Burada sizin reklamınız ola bilər

Qazaxıstan Rusiya və Çini yeni nəqliyyat marşrutu ilə birləşdirəcək.

“Qərb Xəbər” “Sputnik”in Qazaxıstan bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, marşrutun Semey şəhəri yaxınlığından keçən hissəsində, İrtış çayından gəmilərin üzüb keçə bilməsi üçün bənd tikiləcək, Tuğıl-Mayqapçağay hissəsində Çinlə sərhədə qədər dəmir yolu çəkiləcək.

Karabayev əlavə edib ki, gözlənilən yükdaşıma həcmi 2-2,5 milyon ton təşkil edir.

Bununla yanaşı Atırau çay limanı da modernləşdiriləcək və həmin portun yükdaşıma həcmi 1 milyon tondur.

Paylaş
Burada sizin reklamınız ola bilər