Kateqoriyasız

Bu il ödənilən pensiya və ünvanlı yardımın məbləği açıqlanıb

18 oktyabr / 12:15 1 dəq
Ebfd4a54 a463 3262 ad93 7c583adac9e6
18 oktyabr / 12:15
Burada sizin reklamınız ola bilər

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 469 mln. manat vəsait ödənilib.

Bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9% və ya 166,4 mln. manat çoxdur.

Qeyd olunan sosial təminat növləri üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı