Bölgə xəbərləri

“Turan Tovuz” bu gün Rumıniya klubu ilə üz-üzə gələcək

9 yanvar / 11:38 1 dəq
5236e044 ce5b 3ec1 8961 64b2f00b4b93
9 yanvar / 11:38
Burada sizin reklamınız ola bilər

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünə çıxacaq.

“Qərb Xəbər”in məlumatına görə, baş məşqçi Ayxan Abbasov Rumıniya klubu “Voluntari” ilə matçda komandasını sınaqdan keçirəcək.

“Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tovuzlular yanvarın 15-də daha iki oyun keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqanın ilk yarısından sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bölgə təmsilçisi yanvarın 22-də XIX turun matçında “Kəpəz”lə qarşılaşacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər