Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinə görə icra nümayəndəsi tutduğu vəzifədən azad edilib

21 iyun / 12:42 2 dəq
70a68997fd2dd639175b53bba03a2416
21 iyun / 12:42
Burada sizin reklamınız ola bilər

İyunun 18-də Qazax rayonunun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsi, toyun rayon polis əməkdaşları tərəfindən dayandırılması, qurulmuş çadırın sökülməsi barədə məlumat verilmişdir.

“Qərb Xəbər” bildirir ki, Toy sahibi Daş Salahlı kənd sakini Vanoy Nəsibova gəlininin nikah yaşı tamam olmadığı üçün toy mərasimi keçirə bilməyəcəyi izah olunmuş, toy edəcəyi təqdirdə övladının qanun qarşısında cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilmişdir.

Araşdırma zamanı məlum olmuşdur ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynli Tahir Namiq oğlu tərəfindən toyun keçirilməsi barədə aidiyyəti üzrə vaxtında məlumat verilməmişdir. Bu səbəbdən T.Hüseynli tutduğu vəzifədən azad edilmişdir.

Onu da qeyd edək ki, Qazaxda rayonun hüquq-mühafizə orqanları və Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, erkən nikahın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı