“Qərb Xəbər” məlumat verir ki, cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulmuşdu.
Belə ki, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə 70 qutu ipəkqurdu toxumunu yetişdirilib, 2950 kq barama məhsulu tədarük olunub.
Qeyd edək ki, kümçülər baramanı Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində “Azəripək” MMC-yə təhvil verəcəklər.