Əziz teatrsevərlər, bu şənbə günü (07.12.2024) saat 12:00-da Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanmış “Səmirsiz” (absurd sükut) mono-tamaşasının premyerası keçiriləcək.
Qerbxeber.com bildirir ki,Tamaşanın quruluşçu rejissoru Akademik Rus Dram Teatrının aktyoru, gənc rejissor Abdulla Elşadlıdır.
Quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktorəvəzi), quruluşçu rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş rəssamı).
İfa edir: Rüfət Ömər