Qazaxda yol qəzası baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü 1993-cü il təvəllüdlü Amil İbişov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.