Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Yeni Həyat yolunda baş verib.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Həsənov Ədalət, 1992-ci il təvəllüdlü Əliyev Röyal və 2000-ci il təvəllüdlü Hüseynli Hüseyn xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.