Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “İlk addım” xeyriyyə aksiyası çərçivəsində birinci sinfə qədəm qoyacaq şagirdlərə məktəb ləvazimatlarının paylanması həyata keçirilib.
İlk olaraq, Quşçu Ayrım kəndində 8 uşağa (5 oğlan və 3 qız) məktəbli çantası və məktəb ləvazimatları paylanılıb. Daha sonra Məzəm kəndində 3 (hər üçü oğlan), Cəfərli kəndində 17 (10 oğlan və 7 qız) və Bala Cəfərli kəndində 3 (1 oğlan və 2 qız) şagirdə məktəbli çantaları və müvafiq dərs ləvazimatları təqdim edilib.
Qeyd edək ki, aksiyada Qazax GİKM-nin əməkdaşları, “Gənc könüllülər”, eləcə də, Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Sərdar Orucov və rayon təhsil şöbəsinin işçisi Rasim Carçıyev iştirak ediblər.