Bölgə xəbərləri

Qazaxda 9M33 raketinin döyüş başlığı aşkarlandı

18 iyul / 10:55 1 dəq
09ae9550 ebdd 34da a91e b6f4c17cf551
18 iyul / 10:55
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Xanlıqlar kəndi ərazisində evin həyətinə mərmi hissəsinin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 9M33 raketinin döyüş başlığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin döyüş başlığının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər