Dünya

Abbas Əraqçi Romaya gedib

19 aprel / 11:04 1 dəq
Indir 2025 04 19t110354.975
19 aprel / 11:04
Burada sizin reklamınız ola bilər

İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.

Bu barədə Qerbxeber.com xarici KİV-ə stinadən xəbər verir.

Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq. Görüş hər iki tərəfin konstruktiv kimi qiymətləndirdiyi Maskatda keçirilən birinci raund danışıqlardan bir həftə sonraya təsadüf edir.

Xatırladaq ki, dünən Əraqçi Moskvada Tehranın Amerika tərəfinin realizm nümayiş etdirməsi şərti ilə Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu söyləmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər