Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Mədəniyyət

Qafqaz Albaniyasının tarixi ilə bağlı sayt yaradılır – Şərqi Zəngəzurdakı erməni vandalizmi dünyaya tanıdılacaq

22 fevral / 14:06 2 dəq
Qafqaz albaniyasi
22 fevral / 14:06
Burada sizin reklamınız ola bilər

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın koordinatorluğu ilə “Qədim Qafqaz Albaniyası irsinin elmi veb-səhifəsinin hazırlanması” layihəsinin icrasına başlanılıb.

 

“Qərb Xəbər” məlumat verir ki,  UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə Qafqaz Albaniyasının tarixi, dini-mədəni abidələri, alban xristian irsi haqqında respublika və beynəlxalq əhəmiyyətli mühüm elmi nəşrlərin, arxiv sənədləri və faktoloji materialların vahid elektron bazada toplanması və Azərbaycan, ingilis, rus dillərində beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, Qafqaz Albaniyası tarixi və mədəniyyəti ilə bağlı həqiqətlərin, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində alban abidələrinə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq aləmdə tanıdılması məqsədi daşıyır.

Qafqaz Albaniyasının tarixi ilə bağlı bütün məlumatların yer aldığı, elektron elmi arxiv rolunu oynayacaq saytdan həm yerli, həm də beynəlxalq elmi ictimaiyyətin, tədqiqatçıların, həmçinin orta və ali məktəb tələbələrinin, Qafqaz Albaniyasının tarixi ilə maraqlanan hər kəsin bəhrələnmək imkanı olacaq.

Üç ay davam edəcək layihə UNEC Multikulturalizm Tədqiqat Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə birgə elmi əməkdaşlıq çərçivəsində icra olunacaq.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı