Kateqoriyasız

Qəbələdə yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb

20 aprel / 21:19 1 dəq
20 aprel / 21:19
Burada sizin reklamınız ola bilər

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn “VAZ-2106” ilə toqquşub. Qəza nəticəsində “VAZ-2106″nın sərnişini  dünyasını dəyişib. BMW-də isə Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı