Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılıb.
Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, Azərbaycanda o cümlədən Qərb bölgəsində aşağıdakı yeni bələdiyyələr yaradılıb:
9. Ağstafa rayonu üzrə:
9.1. Ağgöl, Böyük Kəsik və Sadıqlı bələdiyyələrinin əhatə etdiyi Ağgöl, Böyük Kəsik və Sadıqlı kəndlərində Sadıqlı bələdiyyəsi;
9.2. Aşağı Göycəli və Xətai bələdiyyələrinin əhatə etdiyi Aşağı Göycəli, Xətai, Qaçaq Kərəm və Yenigün kəndlərində Xətai bələdiyyəsi;
9.3. Aşağı Kəsəmən və Zəlimxan bələdiyyələrinin əhatə etdiyi Aşağı Kəsəmən və Zəlimxan kəndlərində Aşağı Kəsəmən bələdiyyəsi;
9.4. Düzqışlaq, Xılxına, Kolxəlfəli, Qarahəsənli və Pirili bələdiyyələrinin əhatə etdiyi Düzqışlaq, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Mollacəfərli və Pirili kəndlərində Qarahəsənli bələdiyyəsi;
9.5. Eynallı və Qırılı bələdiyyələrinin əhatə etdiyi Eynallı və Qırılı kəndlərində Qırılı bələdiyyəsi;
9.6. Göycəli, Köhnəqışlaq və Tatlı bələdiyyələrinin əhatə etdiyi Göycəli, Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərində Göycəli bələdiyyəsi;
9.7. Həsənsu və Vurğun bələdiyyələrinin əhatə etdiyi Vurğun qəsəbəsində və Həsənsu kəndində Həsənsu bələdiyyəsi;
9.8. Köçvəlili, Qarayazı və Muğanlı bələdiyyələrinin əhatə etdiyi Həzi Aslanov, Qarayazı, Soyuqbulaq, Soyuqbulaqlar qəsəbələrində və Köçvəlili, Muğanlı kəndlərində Muğanlı bələdiyyəsi;
9.9. Qıraq Kəsəmən, Poylu, Poylu qəsəbə və Saloğlu bələdiyyələrinin əhatə etdiyi Ceyrançöl, Poylu, Saloğlu, Şəkərli qəsəbələrində və Qıraq Kəsəmən, Poylu kəndlərində Poylu bələdiyyəsi.
19. Gədəbəy rayonu üzrə:
19.1. Alnabat və Arıqıran bələdiyyələrinin əhatə etdiyi Alnabat, Arıqıran, Cəfərli, Daryurd, Əyrivəng, İnəkboğan, Kərimli, Köhnəqışlaq, Qasımlı və Nağılar kəndlərində Arıqıran bələdiyyəsi;
19.2. Arabaçı, Düz Rəsullu və Hacılar bələdiyyələrinin əhatə etdiyi Arabaçı, Bəydəmirli, Cücanlı, Çay Rəsullu, Dördlər, Düz Rəsullu, Əyridərə, Fərzalı, Gərməşöylü, Göyəlli, Göyəmli, Hacılar, Hüseynqulular, İsalı, Kollu, Qaravəlilər, Qasımağalı, Məmmədcəfərli, Mormor, Motudərə, Rəhimli, Sonalar, Şınıx, Təkyemişan, Turşsu və Zamanlı kəndlərində Düz Rəsullu bələdiyyəsi;
19.3. Arıqdam və Söyüdlü bələdiyyələrinin əhatə etdiyi Arıqdam, Daşbulaq, Qaradağ, Pirbulaq, Soyuqbulaq, Ərtəpə və Söyüdlü kəndlərində Söyüdlü bələdiyyəsi;
19.4. Çaldaş, Düzyurd və Miskinli bələdiyyələrinin əhatə etdiyi Arısu, Aytala, Çalburun, Çaldaş, Dəyəqarabulaq, Düzyurd, Əlinağılar, Günəşli, Qalakənd, Miskinli, Musayal, Plankənd və Səbətkeçməz kəndlərində Miskinli bələdiyyəsi;
19.5. Gərgər və Kiçik Qaramurad bələdiyyələrinin əhatə etdiyi Çaykənd, Dəyirmandağ, Əmiraslanlı, Gərgər, Gödəkdərə, Hacıələkbərli, Heydərli, Kiçik Qaramurad, Köhnəkənd, Qarıkənd, Qarovultomba, Qurudərə, Leşkər, Parakənd, Sarıhəsənli, Sarıköynək, Şəkərbəy, Yaqublu və Yenikənd kəndlərində Kiçik Qaramurad bələdiyyəsi;
19.6. Qaraməmmədli və Novosaratovka bələdiyyələrinin əhatə etdiyi Ataxal, Böyük Qaramurad, Əmir, Gülallı, Hacıalılar, Heriknaz, Kələman, Kəsəmən, Qaraməmmədli, Qızıltorpaq, Qozqaralı, Novosaratovka, Poladlı və Toplar kəndlərində Qaraməmmədli bələdiyyəsi;
19.7. Qoşabulaq və Nərimankənd bələdiyyələrinin əhatə etdiyi Çanaqçı, Qoşabulaq, Moruxlu, Nərimankənd, Pərizamanlı, Rəmə, Samanlıq, Tərs yer və Totuqlu kəndlərində Qoşabulaq bələdiyyəsi;
19.8. Slavyanka və Zəhmətkənd bələdiyyələrinin əhatə etdiyi Xarxar, Qarabulaq, Maarif, Slavyanka və Zəhmətkənd kəndlərində Slavyanka bələdiyyəsi.
30. Qazax rayonu üzrə:
30.1. Aslanbəyli və Yuxarı Salahlı bələdiyyələrinin əhatə etdiyi Aslanbəyli və Yuxarı Salahlı kəndlərində Aslanbəyli bələdiyyəsi;
30.2. Aşağı Salahlı və Orta Salahlı-Qazaxbəyli bələdiyyələrinin əhatə etdiyi Aşağı Salahlı, Qazaxbəyli və Orta Salahlı kəndlərində Salahlı bələdiyyəsi;
30.3. Birinci Şıxlı və İkinci Şıxlı bələdiyyələrinin əhatə etdiyi Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində Şıxlı bələdiyyəsi;
30.4. Canalı və Kosalar bələdiyyələrinin əhatə etdiyi Canalı, Hüseynbəyli və Kosalar kəndlərində Kosalar bələdiyyəsi;
30.5. Çaylı və Dəmirçilər-Ürkməzli bələdiyyələrinin əhatə etdiyi Bala Çaylı, Çaylı, Dəmirçilər və Ürkməzli kəndlərində Çaylı bələdiyyəsi;
30.6. Kəmərli və Qaymaqlı bələdiyyələrinin əhatə etdiyi Kəmərli və Qaymaqlı kəndlərində Kəmərli-Qaymaqlı bələdiyyəsi.
48. Şəmkir rayonu üzrə:
48.1. Abbaslı və Aşağı Seyfəli bələdiyyələrinin əhatə etdiyi Abbaslı və Aşağı Seyfəli kəndlərində Aşağı Seyfəli bələdiyyəsi;
48.2. Ağlavaşlı və Qılıncbəyli bələdiyyələrinin əhatə etdiyi Ağlavaşlı, Qaralar və Qılıncbəyli kəndlərində Ağlavaşlı bələdiyyəsi;
48.3. Atabəy, Çənlibel, Hacıalılar və Qasımalılar bələdiyyələrinin əhatə etdiyi Atabəy, Çənlibel, Əhmədli, Göyməmmədli, Hacıalılar, Qasımalılar və Şeidlər kəndlərində Çənlibel bələdiyyəsi;
48.4. Bayramlı, Sabirkənd və Zəyəm bələdiyyələrinin əhatə etdiyi Zəyəm qəsəbəsində və Bayramlı, Sabirkənd kəndlərində Zəyəm bələdiyyəsi;
48.5. Çaparlı, Əliyaqublu və Qədimqala bələdiyyələrinin əhatə etdiyi Çaparlı, Əliyaqublu, Qədimqala, Məşədihüseynli və Miskinli kəndlərində Çaparlı bələdiyyəsi;
48.6. Çinarlı və Yeni Həyat bələdiyyələrinin əhatə etdiyi Çinarlı qəsəbəsində və Yeni Həyat kəndində Çinarlı bələdiyyəsi;
48.7. Dağ Cəyir, Dəllər, Şəmkir və Yeni Göyçə bələdiyyələrinin əhatə etdiyi Şəmkir şəhərində, Dəllər qəsəbəsində və Aşağı Çaykənd, Dağ Cəyir, Günəşli, Qaraqoyunlu, Varlı Həyat, Yeni Göyçə, Yuxarı Çaykənd kəndlərində Şəmkir bələdiyyəsi;
48.8. Dəllər Cəyir, Dəllər Cırdaxan, Dəllər Daşbulaq və Sarıtəpə bələdiyyələrinin əhatə etdiyi Dəllər Cəyir, Dəllər Cırdaxan, Dəllər Daşbulaq, Qaranuy və Sarıtəpə kəndlərində Dəllər Cəyir bələdiyyəsi;
48.9. Ələsgərli, İrmaşlı və Şiştəpə bələdiyyələrinin əhatə etdiyi Daşbulaq, Ələsgərli, İrmaşlı, Kamandar və Şiştəpə kəndlərində Şiştəpə bələdiyyəsi;
48.10. İsgəndərli, Kür və Yeniabad bələdiyyələrinin əhatə etdiyi Kür, Səməd Vurğun qəsəbələrində və İsgəndərli, Yeniabad kəndlərində Kür bələdiyyəsi;
48.11. Qapanlı və Qaracəmirli bələdiyyələrinin əhatə etdiyi Qapanlı, Qaracəmirli və Talış kəndlərində Qaracəmirli bələdiyyəsi;
48.12. Mahmudlu və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Barlıbağ, Füzuli qəsəbələrində və Düzqışlaq, Qarabağlar, Mahmudlu, Təzəkənd, Yeni yol kəndlərində Təzəkənd bələdiyyəsi;
48.13. Mehrili, Nərimanlı və Yuxarı Seyfəli bələdiyyələrinin əhatə etdiyi Çaylı, Qaraqocalı, Mehrili, Nərimanlı və Yuxarı Seyfəli kəndlərində Yuxarı Seyfəli bələdiyyəsi;
48.14. Tatarlı və Zəyəm Cırdaxan bələdiyyələrinin əhatə etdiyi Tatarlı və Zəyəm Cırdaxan kəndlərində Zəyəm Cırdaxan bələdiyyəsi.
50. Tovuz rayonu üzrə:
50.1. Abulbəyli və Bozalqanlı bələdiyyələrinin əhatə etdiyi Abulbəyli və Bozalqanlı kəndlərində Bozalqanlı bələdiyyəsi;
50.2. Ağbulaq, Əsrik Cırdaxan, Kirən və Koxanəbi bələdiyyələrinin əhatə etdiyi Ağbulaq, Baqqallı, Əsrik Cırdaxan, Hacıhəsənli, Xatıncan, Xınnakirən, Kirən, Koxanəbi, Qalaboyun, Molla Ayrım, Saladınlı və Sofular kəndlərində Kirən bələdiyyəsi;
50.3. Ağdam, Aşağı Öysüzlü-Qazıqulu və Vahidli bələdiyyələrinin əhatə etdiyi Ağdam, Aşağı Öysüzlü, Qazıqulu və Vahidli kəndlərində Aşağı Öysüzlü bələdiyyəsi;
50.4. Aşağı Mülkülü, Xatınlı, Qaraxanlı və Qədirli bələdiyyələrinin əhatə etdiyi Aşağı Mülkülü, Cilovdarlı, Xatınlı, Qaraxanlı və Qədirli kəndlərində Qaraxanlı bələdiyyəsi;
50.5. Azaflı və Bayramlı bələdiyyələrinin əhatə etdiyi Azaflı və Bayramlı kəndlərində Bayramlı bələdiyyəsi;
50.6. Böyük Qışlaq, Göyəbaxan, Həsənli, Qaradaş və Qaralar bələdiyyələrinin əhatə etdiyi Böyük Qışlaq, Göyəbaxan, Həsənli, Hüseynqulular, Qaradaş, Qarağatlı, Qaralar, Qayadibi, Qonaqlı, Məsimlər, Məşədiqulular, Məşədivəlilər, Mollalar, Nəsibli, Səfərli və Şamlıq kəndlərində Böyük Qışlaq bələdiyyəsi;
50.7. Çatax və Çeşməli bələdiyyələrinin əhatə etdiyi Abbasqulular, Cirdək, Çatax, Çeşməli, Güvəndik, Hacılar, Kazımlı, Qandalar, Qoşa, Muncuqlu, Papaqçılar, Pələkli və Şıxheybət kəndlərində Çatax bələdiyyəsi;
50.8. Dönük Qırıqlı və Qovlar bələdiyyələrinin əhatə etdiyi Qovlar şəhərində və Dönük Qırıqlı kəndində Qovlar bələdiyyəsi;
50.9. Əhmədabad, Qəribli, Sarıtala və Yanıqlı bələdiyyələrinin əhatə etdiyi Ağacqala, Ağbaşlar, Ağdərə, Almalıtala, Aran, Aşralar, Avdal, Bala Şamlıq, Böyük Xoşdarlı, Böyük Şamlıq, Çobansığnaq, Dəlləkli, Dondarlı, Əhmədabad, Hətəmlər, İsakənd, Kəcavənd, Qarabağlılar, Qaraboyunlar, Qəribli, Qoçdərə, Qozdərə, Lazılar, Məşədilər, Namxoş, Öskən, Sadıqlı, Sarıtala, Yanıqlı və Yoğunbulaq kəndlərində Qəribli bələdiyyəsi;
50.10. Əlibəyli və Hacıalılı bələdiyyələrinin əhatə etdiyi Əlibəyli, Hacıalılı və Mülkülü kəndlərində Əlibəyli bələdiyyəsi;
50.11. Əlimərdanlı və Hunanlar bələdiyyələrinin əhatə etdiyi Əlimərdanlı və Hunanlar kəndlərində Əlimərdanlı bələdiyyəsi.