Gəncədə 57 yaşlı qadını avtomobil vurub
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 57 yaşlı Elza Vəliyevanı avtomobil vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləıri cəlb olunub. Yaralı qadın “təcili yardım” maşını ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı