Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Putin bizə xəyanət etdi – Erməni analitik

27 fevral / 13:14 2 dəq
515
27 fevral / 13:14
Burada sizin reklamınız ola bilər

Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir. Bəs Paşinyan nə edir?

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, bunu erməni analitik Razmik Akopcanyan deyib.

“Gəlin, xatırlayaq: Ermənistanın indiki Baş naziri heç vaxt diplomatiya ustası olmayıb. Etiraf edək ki, heç kim onun simasında parlaq polemikaçı və ziyalı görməyib. Amma fürsət var idi və o, ən yaxşı keyfiyyətlərini göstərə bilərdi. Paşinyan sadəcə olaraq, Kiyevə səfər edib demokratik dünyanın lideri Zelenski ilə çiyin-çiyinə dayansa, Putini axmaq və ümidsiz vəziyyətə salardı. Əminəm ki, müvafiq tapşırıq qoyulsa, Kiyevdəki səfirliyimiz belə bir səfər təşkil edə bilərdi.

Amma olmadı. Çox yaxşı bir şans, bütün demokratik dünyanın hörmətini qazanmaq üçün vacib bir məqam əldən verildi. Təəssüflər olsun ki, Ukrayna açıq şəkildə Ermənistanı deyil, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırır. Zelenski Paşinyana yox, Əliyevə zəng edir. Ukrayna Prezidenti Əliyevə göstərdiyi köməyə və dəstəyə görə təşəkkür edir, əslində belədir. Bütün bunlar Azərbaycan qarşısındakı “demokratik üstünlüklərimizi” dəyərsizləşdirir. Bu, aşkar və danılmaz faktdır”, – o bildirib.

Erməni analitik qeyd edib ki, Paşinyan Kiyevə təcili səfər etsə, hər şey düzələ bilərdi:

“Rusiyanın daha sonra nə deyəcəyi ilə bağlı narahat olmağa dəyməz. O, ölkəmizlə bağlı bütün mümkün qırmızı xətləri keçib. Putin artıq bir neçə dəfə Ermənistana xəyanət edib. Rusiya lideri indi adi qaz şantajı mexanizmini işə salmaqla ölkəmizə təzyiq göstərmək üçün yeni addımlara hazırlaşır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı