Bölgə xəbərləri

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 may / 17:44 2 dəq
Ilhammm
30 may / 17:44
Burada sizin reklamınız ola bilər

İyunun 1-də Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək.

“Qərb Xəbər” bildirir ki, sammit Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Moldovada Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyini bildirib:

“Bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir. Rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir. Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.

Azərbaycan Prezidentinin əvvəlcə Moldovaya, iyunun 2-də isə Türkiyəyə səfəri gözlənilir. Belə ki, iyunun 2-də Türkiyənin yenidən prezidenti seçilən AKP lideri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Mərasimə başda Prezident İlham Əliyev olmaqla bir sıra dövlət rəhbərləri dəvət olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər