İqtisadiyyat

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

19 iyun / 11:14 1 dəq
B5945eb5 4bd3 3daa 998b 902ff4c3a6cf 850
19 iyun / 11:14
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

Qerbxeber.com xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Ölkədə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkədə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər