Prezident Ağstafa rayonuna yeni icra başçısı təyin edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq bir neçə rayonun icra başçılarının dəyişdirilməsi barədə sərəncam imzalayıb.
Bu sərəncamlara əsasən, Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onu bu postda Nizaməddin Məhəmməd oğlu Quliyev əvəz edib.
Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Goranboyun yeni icra başçısı Məhərrəm Böyükağa oğlu Quliyev təyin edilib.
Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Asif Həbib oğlu Hüseynov təyin edilib.
Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerini Şabranın sabiq icra başçısı Novruz Nəcəf oğlu Novruzov tutub.




