Gədəbəy

Ordumuzun Gədəbəy və Şuşa istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub

16 iyun / 10:06 1 dəq
648bf0251bc8e648bf0251bc8f1686892581648bf0251bc8c648bf0251bc8d
16 iyun / 10:06
Burada sizin reklamınız ola bilər

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən “Qərb Xəbər”ə verilən xəbərə görə, bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər