- Oktay bəy, son vaxtlar Ermənistanla olan sülh barədə müzakirələr gedir. Bu barədə Qranada görüşündə də müzakirələr gedəcək. Ermənistanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Naxçıvanın bir , Qazaxın yeddi kəndinin qaytarılması məsələsi həllini tapmır. Bu kəndlərin, ümumiyyətlə anklavların taleyi necə olacaq?
Qeyd edim ki, oktyabın 5-də Qranada da gözlənilən görüşdə sülh prosesi istiqamətində olduqca ciddi, irəliyə doğru bir addım atılacağına və ya hansısa bir sənəd imzalanacağına şübhə ilə baxıram və bunun ehtimalı çox azdır. Onun bir çox səbəbləri var. Xüsusilə də nəzərə alsaq ki, bu görüşdə iştirak edən tərəflərdən Fransa və Almaniyanın Azərbaycana qarşı münasibəti hansı səviyyədədir. Yəni, Fransa bəllidir və təəssüf ki, Almaniya son dövrlər Fransanın xarici siyasətdə yedəyində gedən dövlətə çevrilib.Almaniya xarici işlər nazirinin xatırlayırsınızsa, BMT- nin Təhlükəsizlik Şurasında çıxışı olduqca radikal və böhtan xarakterli, Azərbaycana qarşı hədyanlarla dolu idi. Yən,i bu baxımdan orada hansısa bir nəticənin olacağına mən inanmıram. Amma bütün hallarda görüşmələr və müzakirələr bir çox faktların və həqiqətlərin bu dövlət rəhbərlərinin gözünün içinə deyilməsi baxımından vacibdir. Təbii ki, onların bu mövqeyində dəyişiklik olacaqmı- Olmayacaqmi,bu başqa bir mövzudur.
Amma önəmli olan məsələ bundan ibarətdir ki, hətta Fransa və digər dövlətlər də artıq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni mübahisələndirmirlər. Burada bu məsələ bitmiş hesab oluna bilər. Yəni belə götürdüyümüzdə. Yəni yaxın zamanlarda açığı çox da optimist deyiləm. Hansısa bir sənədin imzalanmasına. Sülh müqaviləsinin orada imzalanması mümkün deyil. Çünki orada razılaşdırılmamış xeyli məsələlər var. Düzdür, Ermənistan tərəfindən bu prosesə əngəl törədəcək əsas problem ortadan qalxıb. Bu, Qarabağdakı ermənilərin məsələsidir.Amma mən hesab edirəm ki, bu məsələ ilə bağlı hələ də manipulyasiyalar davam edəcək. Xüsusilə də nəzərə alsaq ki, Fransa, Ermənistan, o cümlədən Amerika Birləşmiş Ştatlarının nümayəndələrinin açıqlamasına diqqət yetirdikdə biz görürük ki, Qarabağdan əhalinin kütləvi şəkildə Ermənistana keçməsi ilə bağlı hansısa bir məkrli planlar var və bundan Azərbaycana qarşı hüquqi müstəvidə istifadə etməyə çalışacaqlar. Bu baxımdan buna diqqət etmək lazımdır. O baxımdan sülh müqaviləsinin olmayacağı ehtimal verdiyimə görə, bu məsələnin də yaxın zamanlarda həlli hələ ki görünmür. Amma, Xatırlayırsızsa may ayında Nikol Paşinyan verdiyi açıqlamada Azərbaycan ərazilərini rəqəmlərlə ifadə edərək tanıdığını bildirdi və bu ərazilərə Qarabağ, yəni ermənilər yaşayan ərazilər və anklavların daxil olduğunu səsləndirdi. Əlbəttə, bu proses müəyyən qədər zaman alacaq və Azərbaycan bu əraziləri, bu kəndləri Ermənistana güzəşt etmək niyyətində deyil. Sadəcə olaraq, daha böyük məsələlər həllini gözlədiyi üçün, məncə, bir az sonrakı mərhələdə həllini tapacaq deyə düşünürəm. Sadəcə olaraq, Ermənistan tərəfindən nədən bu məsələyə bu qədər müqavimət göstərilir məsələsinə gəldikdə, deyə bilərik ki, bu kəndlər, xüsusilə də Qazaxın Əskipara kəndi və Naxçıvanın Kərki kəndləri olduqca strateji əhəmiyyətə malikdirlər. Belə ki, Aşağı Əskipara kəndi Ermənistanı Gürcüstanla bağlayan beynəlxalq yolun üzərindədir.Yol, bu kəndin ərazisindən keçir. Kərki kəndi isə Ermənistanı İranla, Zəngəzurla, o cümlədən Qarabağa aparan əsas yolun üzərində yerləşir.
Yəni bu kəndlər Azərbaycanın nəzarətinə keçəndən sonra Ermənistan bu yollardan necə istifadə edəcək, Yaxud onun kənarından keçəcək yolun çəkilməsi məsələləri kifayət qədər ciddi məsələlərdir. Əgər bizim ərazilərimizdən istifadəyə davam edəcəklərsə, bu, başqa bir mövzudur. Başqa bir yol çəkəcəklərsə,bu da Ermənistan üçün kifayət qədər maliyyə məsrəfləri olacaq. Bu baxımdan bir daha net olaraq söyləyrəm ki, bu kəndlərlə bağlı məsələ, düşünürəm ki, əsas məsələlərin Qarabağdakı ermənilərin məsələsi və sülh müqaviləsindən sonrakı mərhələdə həllini tapacaq məsələdir. Xüsusilə, də çox güman bu delimitasiya filan məsələlər həllini tapandan sonra. Yəni birmənalı bildirirəm ki, Azərbaycan bu kəndləri Ermənistana güzəştə getmək niyyətində deyil. Bu, ümkün deyil.
- Paşinyan tərəfindən sanki ermənilər Qarabağdan köçməyi təşviq olunur. Köçənlərin sayı ilə bağlı hiss olunur ki, Ermənistan şişirdilmiş rəqəmlər elan edir. Azərbaycan rəsmi orqanları bunun statistikasını sizcə niyə söyləmirlər və bizə qarşı olası bir hücuma müdafiəmizi təşkil edə biləcəyikmi?. Yəni televiziyalar qeydə alırlar. Amma faktiki nə qədər erməni çıxdığını, sizcə, dövlət niyə elan eləmir?
-Doğrusu, sualı mən də çətinlik çəkərəm cavab verməyə. Belə ki, bu, dövlət qurumları biləcəyi məsələdir. Mən hesab edirəm ki, belə rəqəmlər var. Bununla bağlı biz ciddi şəkildə məsələyə yanaşmalıyıq. Amma mən düşünürəm ki, ola bilsin Azərbaycanın əlində daha inkar edilməz faktlar var və sonunda bunu açıqlayacaq. Mən də belə bir qənaət formalaşır. Çünki Qarabağda əhalinin siyahısı ilə bağlı dəqiq rəqəmlər var. Eyni zamanda texniki vasitələrlə orada əhalinin sayı qeydə alınır
- Rusiya ilə Azərbaycan arasında Qarabağla bağlı ikitərəfli müqavilənin olmağı mümkündürmü? Yəni ruslar, ermənilər orda deyək ki, az bir hissəsi də qalsa, rusların qalma ehtimalı nə qədərdir?
Rusiyanın üçtərəfli bəyanatla razılaşma bundan ibarətdir ki, Rusiya orada 2025-ci ilə qədər qalır. Yəni o zamana qədər. məncə, Rusiya sülhməramlılarının bölgədə qalması mümkün ola bilər. Bu, asılı olacaq Qarabağdakı hadisələrin gedişatından, yəni biz oradakı məsələləri həll edəndən sonra, məncə, Rusiya ilə də bu məsələləri rahat şəkildə həll edə bilərik.
Məhərrəm Göyüşoğlu/Qərb xəbər